02 fevral 2025
104
İt əl çəkdi, motal əl çəkmədi: faşistlər niyə narahat olublar?
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımı”na dair açıqlaması və onu inkar etməsi bu ölkədəki revanşist və faşist qüvvələrin qəzəblənməsinə səbəb olub. Yenimeydan.info xəbər verir ki, açıqlamadan bir həftə keçməsinə baxmayaraq, hələ də məsələni gündəmdə saxlayan revanşistlər Paşinayanı diri-diri parçalamağa belə hazırdırlar.Qeyd edək ki, bu qüvvələrin əlində olan media da bir xeyli fəaldır. Ötən gün “Fakt” qəzeti bu barədə məqalə ilə çıxış edərək, baş nazirin çıxışının mətninin Türkiyədə hazırlandığını iddia edib. “İndi İrəvan administrasiyası Türkiyə qarşısında növbəti öhdəliyini yerinə yetirməyə başlayıb: təkcə erməni soyqırımının beynəlxalq aləmdə tanınmasından imtina etmək deyil, həm də onun mövcudluğunu şübhə altına almaq”.
Oxşar Xəbərlər:
Bayden Trampı “erməni təxribatı” ilə vurur:Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Qaradağlı faciəsindən 32 il ötür - ANIM
Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza daş atir”