31 yanvar 2025
131
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.

Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.

Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.
Xatırladaq ki, qanunsuz inşa edilən bu obyektin Vüqar Sədizadə adlı sahibkara məxsus olduğu deyilir.
Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.
Oxşar Xəbərlər:

Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı...

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
