31 yanvar 2025
126
Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb
Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər.
Yenimeydan.info xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb.
Xatırladaq ki, daha əvvəl 30 nəfərin meyitinin tapıldığı bildirilmişdi.
Oxşar Xəbərlər:

Vaşinqton üzərində baş verən təyyarə qəzası ilə bağlı araşdırma başlanıb

Qəzada həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilir – CANLI

Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb -YENİLƏNİB/FOTO
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı

ABŞ-nin heç kimə satmadığı təyyarə: F-22 Raptor