31 yanvar 2025
104
“Qarabağ” Avroliqa ilə vidalaşdı – QOLLARIN VİDEOLARI
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.Yenimeydan.info xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
“Olimpiakos” 56-cı dəqiqədə hesabı açır. El Kaabi topu tora ötürməyi bacarır.
31 yanvar
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) – 3:0
Qollar: El-Kaabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0)
Baş hakim: Redu Petresku (Rumıniya)
Pirey. “Georgios Karaiskakis” stadionu







Oxşar Xəbərlər:

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik

Çempionlar Liqası: “Qarabağ” bu gün Polşa klubu ilə cavab matçına çıxacaq
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

“Expressbank” saxta reklamla insanları tora salır?