29 yanvar 2025
136
Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb-FOTO
Ukrayna Silahlı Qüvvələri üçün yeni kamikadze dron hazırlanıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə Finlandiyanın “Insta” müdafiə şirkəti məlumat yayıb.
"Insta” şirkəti dron və patentli partlayıcı maddənin kombinasiyasının yeni, daha effektiv versiyasını hazırlayıb. Yeni tip pilotsuz təyyarə hələlik yalnız Ukrayna bazarı üçün əlçatandır, lakin gələcəkdə Avropa və NATO ölkələrində satışa çıxarılacaq", - məlumatda qeyd olunur.
“Insta Steel Eagle” adlı kamikadze dronun köməyi ilə qurğunun alt hissəsinə bərkidilən partlayıcı maddə hava vasitəsilə hədəfə çatdırıla və onun üzərində partladıla bilər. Polad və ya volfram kürəciklərdən ibarət olan partlayıcı maddənin qəlpələri təxminən 2 min kvadratmetr sahəyə (40x50 metr sahə) səpələnə bilər. Partlayıcı maddənin çəkisi təxminən 3,6 kiloqramdır.
Oxşar Xəbərlər:

Polad Həşimov - 50 il!
Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötür
Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Rusiyanın “əmlak kralları”: 1-ci yerdə azərbaycanlı, 2-ci yerdə erməni… (SİYAHI)