25 yanvar 2025
107
Slovakiyada etirazlar dalğası – 100 minə yaxın insan küçələrə axışdı
Minlərlə insan Slovakiyanın paytaxtı Bratislavanın mərkəzinə toplaşaraq, ölkənin Baş naziri Robert Fitsonun siyasətinə və onun Moskva ilə yaxınlaşmasına etiraz edib.Yenimeydan.info xəbər verir ki, aksiyanı “Ukrayna üçün sülh” təşəbbüsü müxalif siyasi partiyalarla birgə təşkil edib.Bildirilib ki, aksiyaya 60 min insan toplaşıb.
Nümayişçilər “Bəsdir Fitso” və “Biz Avropayıq” şüarları səsləndiriblər.
Qeyd edək ki, bundan öncə Fitso Təhlükəsizlik Şurasını çağırıb, çünki onun fikrincə, ölkə “rəngli inqilab” təhlükəsi ilə üzləşib. O, müxalifəti ölkədə hakimiyyət dəyişikliyini planlaşdıran, Gürcüstan və Ukraynada belə çevrilişlər təşkil etmək təcrübəsi olan xarici strukturlarla əlaqədə olmaqda ittiham edib.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayının sonunda Fitso Moskvaya gəlib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Fitsonun səfəri, digər məsələlərlə yanaşı, Kiyevin dekabrda elan etdiyi Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə bağlı olub.
Oxşar Xəbərlər:

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT

Prezident əfv sərəncamı imzaladı – SİYAHI