23 yanvar 2025
125
Hesabat: Ermənistanın KTMT-də iştirakının dondurulması üçün əsaslar aradan qalxmayacaq
Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalının az olduğunu hesab edir.
Yenimeydan.info xəbər verir ki, bu barədə XKX-nin regiondakı hərbi-siyasi vəziyyətə dair ilk hesabatında deyilir.
"Təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin. Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır", - hesabatda qeyd olunur.
Oxşar Xəbərlər:

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
Rusiya Şimali Koreyanı da Ukrayna savaşına çəkir:Qərbi isə nüvə faktoru ilə bloklayır

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH

Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI