22 yanvar 2025
116
Azər Rəcəbovun müavini yenidən həbs edildi -FOTO
Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.
Yenimeydan.info -nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.
Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. S.Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.(Qafqazinfo)
Oxşar Xəbərlər:

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi
Rüşvət alan sabiq vəzifəli şəxs azadlığa buraxıldı

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI