21 yanvar 2025
117
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! – Qiymət açıqlandı
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.Yenimeydan.info xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

«GOLD RESİDENCE» Bakı sakinlərini mühasirədə saxlayır

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI