21 yanvar 2025
68
Binəqədi rayonunda qanunsuz tikintiyə kim nəzarət edir?
Binəqədi rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsində qanunsuz tikinti ilə bağlı DOSYE.ORG-a məlumatlar daxil olub.Belə ki, göstərilən ünvanda açıq-aydın qanunsuz tikintinin getdiyi və ağacların məhv edildiyi görünür. Ehtimallara görə həmən tikintinin heç bir qanuni sənədi yoxdur.
Digər tərəfdən nəzərinizə çatdıraq ki, Ekologiya və Təbii Sərvətlər Naziliyi tərəfindən məhv edilmiş ağaclarla bağlı akt tərtib olunmuş, obiyektin sahibi isə cərmələnmişdir. Lakin cərmənin məbləği o qədər aşağıdır ki, təbiətə qənim kəsilənlər asan yollarla məsüliyyətdən yayına bilir. Ümumiyyətlə Binəqədi rayonunda qanunsuz fərdi evlərin tikintisi də sürətlə davam edir.
Məlumatlara görə, qanunsuz tikintiyə nəzarət edən Tahir adlı şəxsdir. Kürsülü evin tikintisi 4-5 min manat, iki mərtəbəli evin tikintisi isə 9-10 min manat aralığında “qiymətləndirilir”. Göstərilən məbləğ tək rayon icra hakimiyyətin “şapkasıdır”.
Araşdırmalarımız davam edir

Oxşar Xəbərlər:
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
14 milyonluq dələduzluqda əlbirlik ittihamı verilə bilər

Prezident əfv sərəncamı imzaladı – SİYAHI