20 yanvar 2025
150

Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

    
    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib.
Yenimeydan.info xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
“20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun.
Bayrağı bayraq edən qandır,
Torpaq, uğrunda ölən varsa, vətəndir”, – paylaşımda qeyd olunub.