18 yanvar 2025
94
İmişlidə dəhşətli qətl: Tələbə saxlanıldı
İmişlidə qətl hadisəsi törədilib. Yenimeydan.info “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sarxanlı kəndində baş verib.Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Adil oğlu Allahverdiyev həmkəndlisi, 1995-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Allahverdiyevlə kənd ərazisində olan kafedə yeyib-içən zaman onların arasında mübahisə düşüb.Daha sonra mübahisə kafenin önündə davam edib. Bu zaman Fəridin Vüsalın boğaz nahiyəsinə bıçaqla zərbə vurduğu bildirilir.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıblar, faktla bağlı araşdırma aparılır.
Məlumata görə, F.Allahverdiyev subaydır və Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir. Mərhumun da subay olduğu bildirilir.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi

Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ

Küçənin ortasında təpikləyib öldürdü – Bəlkə də içməsəydi… – Bakıdakı qətlin TƏFƏRRÜATLARI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI