18 yanvar 2025
106
Tramp tarixi ənənəni pozdu
Yenimeydan.info xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Bildirilir ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Lakin Çinin Xarici İşlər Nazirliyi ÇXR sədrinin əvəzinə andiçmə mərasiminə onun müavini Han Cenin gedəcəyini bəyan edib.
Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, əvvəllər heç bir dövlət başçısı andiçmə münasibətilə ABŞ-yə rəsmi səfər etməyib, yalnız xarici diplomatlar iştirak ediblər.
Həmçinin digər dövlətlərin liderləri də dəvətnamə alıblar. Bunların arasında Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Corcia Meloni də var. Dəvət olunanlardan Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya artıq mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər.
Bundan əlavə, ilk dəfə olaraq ABŞ prezidentinin andiçmə mərasimində Yaponiyanın XİN rəhbəri olacaq.
Qeyd edək ki, Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərinin qalibi olub. Respublikaçının andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq
Oxşar Xəbərlər:

Liderlər İlham Əliyevi təbrik edir

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Bir kəmər, bir yol” layihəsi təhlükə ilə üzləşib – İtaliya Çin layihəsindən niyə çıxdı?

MAKRONUN PEKİN SƏFƏRİ… ÇİN BÖYÜK AVROPA BAZARINI İTİRİR?
