28 dekabr 2024
108
Tiktoker “Adel” də həbs edildi- FOTO

Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Yenimeydan.info xəbər verir ki, tiktokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini Nurəddin Babayev və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Naxçıvan MR DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib.
Digərləri barədə araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər:
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ
Ağadadaş Ağayevin səhhəti pisləşdi - məhkəməsi təxirə salındı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat