25 dekabr 2024
10
"Tiktok"da əxlaqsızlığı təbliğ edən şirkətlərin ADLARI - Siyahıda məşhurlar var
Qeyd etmək lazımdır ki, son illərdə sosial şəbəkələr, xüsusən də "TikTok" gənclərin və yeniyetmələrin həyatında böyük rol oynayır. Lakin bu platforma həm də mənfi tərəfləri ilə diqqət çəkir. TikTok-da təşkil edilən bəzi əyləncə yarışları əxlaq normalarını pozaraq, tərbiyəsiz davranışları təşviq edir. Bu yarışların iştirakçıları hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə saxlanılsa da, əsas məsələ bu bayağı fəaliyyətlərə sponsorluq edən şirkətlərin cavabdehliyidir.
Şirkətlər bu əxlaqsızlığa necə dəstək olur?
Bəzi şirkətlər öz məhsul və xidmətlərini tanıtmaq məqsədilə bu yarışmalara sponsorluq edir, hətta iştirakçıları mükafatlandırır. Məlumata görə, bu yarışlara sponsorluq edənlər arasında aşağıdakı şirkətlər var:
"CN Motors", "AvtoHouse", "Avangard", "İstanbul NS Klinikası", "Mister Wood", "Game Stop", "RH Exclusive", "Halva" restoranlar şəbəkəsi, “Telefon evi” mağazası və daha bir neçə adları məlum olmayan marakalar da siyahıya aiddir.
Ən çox diqqət çəkən isə yarış iştirakçılarına avtomobil hədiyyə edən Legend Motors şirkətidir. Şirkətin belə bir addım atması əxlaq normalarına hörmətsizlik kimi qiymətləndirilir və geniş tənqidlərə səbəb olub. Bu şirkətlər sosial məsuliyyəti nəzərə almadan, yalnız kommersiya maraqlarını ön planda saxlayır. Nəticədə isə cəmiyyətin dəyərlərinə və gənclərə mənfi təsir göstərirlər.
Şirkətlərin belə bayağı yarışlara sponsorluq etməsi gənclər arasında əxlaqi deqradasiyanı təşviq edir. Şirkətlərin bu cür fəaliyyətləri dəstəkləməsi ciddi tənqid olunmalıdır. Belə hallar həm qanunvericilik baxımından, həm də ictimaiyyətin basqısı ilə tənzimlənməlidir.
TikTok-da təşkil edilən bu cür bayağı yarışlar cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu təhlükəni daha da artıran amil isə kommersiya maraqlarını ön planda tutan sponsor şirkətlərdir. Əgər bu şirkətlər sosial məsuliyyəti nəzərə alaraq, gələcəkdə daha diqqətli davranmasa, həm cəmiyyətin mənəvi dəyərlərinə, həm də öz nüfuzlarına zərbə vurmağa davam edəcəklər.
Araşdırma zamanı bu şirkətlərlə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, əksər hallarda zənglərimizə cavab verilmədi. Bəzi hallarda isə şirkətlərin əlaqə nömrələrini ümumiyyətlə tapa bilmədik. Bu, yalnız şirkətlərin məsuliyyətdən yayınmağa çalışdıqları ilə bağlı təəssürat yaradır və onların şəffaflıq prinsiplərindən uzaq olduğunu göstərir.
ajans.az
Oxşar Xəbərlər:
Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
AAK sədri gəncləri Prezidentə qarşı qoyur
Prezident əfv sərəncamı imzaladı – SİYAHI