Xırdalanda pirotexniki vasitələrin satıldığı anbar aşkarlanıb.
Yenimeydan.info : Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində pirotexniki vasitələrin satışını təşkil edən Ş.Hüseynov saxlanılıb.
Ona məxsus evin anbarına baxış zamanı müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.
19 dekabr 2024
94
Polis Xırdalanda əməliyyat keçirdi:partlayıcı satılan anbar ələ keçirildi

Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI