15 dekabr 2024
137
Əsəd devrildi: Ərəb ölkələri üsyanlardan qorxur
Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri Suriya Prezidenti Bəşər Əsədin devrilməsi ilə əlaqədar ölkələrində mümkün iğtişaşlardan narahatdırlar.Yenimeydan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" yazıb.
Qəzetin həmsöhbətləri Suriyanın gələcəyi ilə bağlı qorxularını ifadə edərək, ölkənin xaosa qərq ola biləcəyini vurğulayıblar. Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, Bəşər Əsədin istefasından sonra ərəb dövlətləri ictimai bəyanatlarda ehtiyatlı davranır və suriyalıları dövlət institutlarını qorumaqla hakimiyyətin inklüziv keçidini təmin etməyə çağırırlar.
VP yazır ki, Misirdə mümkün iğtişaşlar qorxusu xüsusilə böyükdür. Əvvəllər Prezident Əbdülfəttah Sisi "Müsəlman Qardaşları” hərəkatını məhv etmək üçün genişmiqyaslı repressiyalar həyata keçirib. Bununla belə, bölgədə əhalinin bir hissəsi hələ də hərəkata sözsüz simpatiya ilə yanaşır.
Oxşar Xəbərlər:

YAXIN ŞƏRQDƏ RUSİYA ADLI OYUNÇU ARTIQ YOXDUR! –ABŞ bu regiondan getməyəcək, Türkiyə isə...

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tehran münasibətləri yenə pozdu - Küveyt və Səudiyyə Ərəbistanı ilə gərginlik yaranıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI