14 dekabr 2024
141
“İsrail İranın nüvə obyektlərini vuracaq” – KİV
Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra işğalçı İsrail rejimi paytaxt Dəməşq başda olmaqla ölkənin bir çox nöqtəsinə hücumlar təşkil edib. Hava hücumundan müdafiə sistemlərinin də zərərsizləşdirildiyi hücumlardan sonra İsrail mətbuatı İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını iddia edib.Xəbərdə adı açıqlanmayan İsrail hərbi rəsmilərinin Yaxın Şərqdəki hadisələrlə bağlı mətbuata məlumat verdiyi bildirilib.Rəsmilər bəyan ediblər ki, İsrail ordusu “Hizbullahın zəifləməsi və Suriyanın hava hücumundan müdafiə sistemlərinin əksəriyyətinin zərərsizləşdirilməsi səbəbindən” İranın nüvə obyektlərinə hücum etmək imkanının olduğuna inanır.
Xəbərlərdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunun nə vaxt planlaşdırıldığı barədə məlumat verilməyib.
İddialarla bağlı İsrail administrasiyasından rəsmi açıqlama gəlməyib.
Oxşar Xəbərlər:

YAXIN ŞƏRQDƏ RUSİYA ADLI OYUNÇU ARTIQ YOXDUR! –ABŞ bu regiondan getməyəcək, Türkiyə isə...

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH
Suriyanı onlar İDARƏ EDƏCƏK - ADLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Molla rejimi türk adı qoyulan uşaqlara sənəd vermir - BAŞLARI QAÇIB...