05 dekabr 2024
136
Dayanıqlı sülhün əldə olunmasına nə mane olur? - Prezident açıqladı
Yenimeydan.info xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı bildirib ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.
Oxşar Xəbərlər:

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT

Azərbaycanda Anım Günüdür

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
