05 dekabr 2024
162
Əsəd süqut etsə, Rusiya nələr itirəcək? - Axe
Suriyada Bəşər Əsəd rejimi üsyançıların hücumu nəticəsində süquta uğrasa, Rusiya Aralıq dənizindəki yeganə hərbi bazasını itirəcək. Bu, Rusiyanın Ukraynadakı səyləri üçün dramatik nəticələr verə bilər.Yenimeydan.info xəbər verir ki, bu barədə "Teleqraf" nəşrinin hərbi yazarı David Axe bildirib.
O qeyd edib ki, üsyançılar artıq ölkənin ən böyük şəhəri Hələbi ələ keçirib və mühüm Həma şəhərinə yaxınlaşırlar:
"Əgər hökumət əleyhinə qüvvələr Həmanı ələ keçirə bilsələr, onların Aralıq dənizi sahillərinə - Rusiya donanmasının Aralıq dənizindəki yeganə bazasının yerləşdiyi Tartus liman şəhərinə - Latakiya bölgəsinə doğru hücum perspektivi olacaq.
Tartusu itirən Kreml çətin seçim qarşısında qala bilər: Ukraynada mübarizəni davam etdirmək və Aralıq dənizi regionunda təsirini itirmək, ya da Ukrayna ilə sülh bağlamaq və donanması üçün Türkiyə boğazlarını açmaq".
Qeyd edək ki, Moskva bu bazadan 1970-ci illərdən istifadə edir. 2017-ci ildə Rusiya və Suriya 49 illik müqavilə imzalayıblar ki, bu da Moskvaya Tartusa daha da geniş çıxış imkanı verir.
Oxşar Xəbərlər:

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
DTX bu günə qədər Qarabağda neçə terrorçunu qandallayıb? - SİYAHI
Molla rejimi türk adı qoyulan uşaqlara sənəd vermir - BAŞLARI QAÇIB...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI