02 dekabr 2024
126
Gürcüstanda müxalifət lideri aksiyada saxlanıldı -KİV/FOTO
Tbilisidə bir neçə gündür, davam edən etiraz aksiyaları zamanı Gürcüstanın müxalif “Qirçi – daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Ambebi” portalı yayıb.
Caparizdenin Çavçavadze prospektində saxlanıldığı qeyd olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ şərh bildirməyib.
Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 224 etirazçı saxlanılıb.
Etirazların keçirilməsinə səbəb isə Baş nazir İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub.
Oxşar Xəbərlər:

Gürcüstanda “diplomat qiyamı” -Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Aksiyaçılara dəstək üçün istefa verdi

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI