28 noyabr 2024
3

Rusların atdığı “Oreşnik”lə bağlı şok fakt

     Bir neçə gün bundan əvvəl “Oreşnik” adlı raketlə Ukraynanın Dnepr şəhərini vuran Rusiya, bununla Qərbi qorxutmağa çalışıb. Yenimeydan.info  xəbər verir ki, ballistik raket zərbəsindən sonra bir xeyli müzakirə olunan silahın daha bir “özəlliyi” üzə çıxıb.Belə ki, rusların Dnepri vurduqları “Oreşik” ballistik raketinin partlayıcı başlığı olmayıb. Bunu araşdıran Qərb mütəxəssisləri bildiriblər ki, raketin ya partlayıcı başlığı olmayıb, ya da istismar müddəti keçdiyindən ciddi partlayış törətməyib. “Doğrudu, daha ciddi dağıntılar gözləyirdik. Lakin məlum oldu ki, raketin partlayıcı başlığı olmayıb”.
Qərb ekspertləri “Oreşik”in ballistik raket olduğunu və ondan uzaq məsafədəki düşmənə nüvə zərbəsi endirmək üçün istifadə edildiyini də bildiriblər.