27 noyabr 2024
4

Paşinyan ad çəkdi, kütləvi istefa başladı

 Ermənistan İstintaq Komitəsinin bir neçə yüksək vəzifəli əməkdaşı gələcək rəhbərin adı məlum olandan sonra istefa ərizəsi yazıb.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Argişti Kərəmyanın işdən çıxarılmasından sonra İstintaq Komitəsi özünə gələ bilmir:
“İstintaq Komitəsinin Hüquq şöbəsinin rəhbəri Artur Vardanyan da bəyanat yayıb və bildirib ki, Kərəmyan gedəndən sonra idarədə işləməyi təsəvvür belə edə bilməz. Paşinyan yeni rəhbərin Baş prokurorun müavini Artur Poqosyan olacağını bəyan etdikdən sonra İstintaq Komitəsində əsl xaos başlayıb. Çünki bir çox işçi prokurorluqdan İstintaq Komitəsinə keçib. Onların bəziləri Poqosyanın Komitəyə rəhbərlik edəcəyini biləndən sonra ərizə yazıblar. Onların arasında bir il əvvəl prokurorluqdan gələn İqtisadi cinayətlər və qaçaqmalçılıq idarəsinin rəisi Arsen Simonyan da var. Məhz Poqosyanla münaqişə zəminində o, İstintaq Komitəsinə gedib və onun tezliklə Komitəyə rəhbər təyin olunmasından xəbər tutaraq, ərizə yazıb. Simonyan həm də avqustun əvvəlində hakimlikdən təqaüdə çıxan Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın qardaşıdır”.