24 noyabr 2024
3

Tapdıq Abbas prezidentə müraciət etdi:...icra başçısı sosial şəbəkələrdə özünü təriflətdirir


Tapdıq Abbas İran səfirliyinin dəvətnaməsini cırıb atdı -VİDEO

"Paralel" Media Qrupunun rəhbəri Tapdıq Abbas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: 



Hörmətli Cənab Prezident!

Qarabağ müharibəsi veteranı və ikinci qrup əliləm. 20 ildir Bakının Yasamal rayonunda yaşayıram. Bu müddət ərzində cənab Prezident, Sizinlə 5 dəfə görüşmüşəm, amma bu illər ərzində Yasamal ryonunda çalışmış 4 icra başçısının, o cümlədən hazırda 5 ildir Yasamal rayon icra başçısı vəzifəsində işləyən Elşad Həsənovla şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüş keçirilsə də, bir dəfə də dəvət olunmamışam.

Hörmətli Cənab Prezident!

2021-ci ilin favral ayının 21-də icra başçısı Elşad Həsənovun qəbulunda oldum, 200 nəfər ailənin yaşadığı, icra başçısının oturduğu RİH binasının 300 metrliyində yerləşən, amma nəfəs almaq və yaşamaq mümkün olmayan, qanunsuz tikintilər hesabına tam tutulduğundan çıxmağa belə bir addım yer olmayan vəziyyət barədə Elşad Həsənova məlumat vermişəm. Artıq 2024-cü ilin noyabr ayının sonu olmasına baxmayaraq, məhlədə acınacaqlı vəziyyət bir az da pisləşıb və 3 il bundan əvvəl olduğundan da ağır vəziyyətə düşüb!

Hörmətli Cənab Prezident!

Bu il oktyabr ayının sonunda Bakıya leysan yağışı yağanda, Yasamaldakı bütün kanalizasiya lüklərindən məhlələrə və küçələrə axan üfunətin iyisindən nəfəs almaq mümkün deyildi. İnsanlar yaranmış ağır durumdan hər yerə, hətta RİH-in binasına gedib icra başçısı Elşad Həsənova iy-qoxdan dayanmaq mümkün olmaması müraciət etdilər, lakin əhalinin şikayətinə baxılmadı. İndi isə sosial şəbəkələrdə Elşad Həsənovun Yasamalda xarüqələr yatadığı barədə hər gün xəbərlər paylaşılır.

Hörmətli Cənab Prezident!

Halbuki Yasamal rayonunda xalqın rifah halını yaxşılaşdırmaq barədə Sizin göstərişinizə lazımınca əməl olunmur, amma icra başçısı hər gün sosial şəbəkələrdə özünü təriflətdirir...

Sizə əvvəlcədən təşəkkür edirəm!