22 noyabr 2024
9
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil”.
Yenimeydan.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, məqalədə peşəkar fakt yoxlanışı yoxdur, spekulyasiya və şayiələrlə doludur:
“Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başa düşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?
Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
“Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqalənin geri çəkilməsini tələb edirik!”.

Oxşar Xəbərlər:
PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
Prezident əfv sərəncamı imzaladı – SİYAHI