28 oktyabr 2024
21
İrakli Kobaxidze: Aİ ilə münasibətlərin yenilənəcəyini gözləyirik
Gürcüstanda hakim partiya 2025-ci ilin əvvəlindən Aİ ilə münasibətlərin yenilənəcəyini gözləyir.Yenimeydan.info xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər Avropaya inteqrasiya hədəfinə çatılması üçün ölkəni bütün sahələrdə inkişaf etdirmək vacibdir, bu məqsədə çatmaq üçün hər şey ediləcək.
Baş nazir bu kontekstdə iqtisadi artıma diqqət çəkərək bildirib ki, “əgər iqtisadi göstəricilər müvafiq olmazsa, heç kim ölkəni Avropa İttifaqına qəbul etməyəcək”.
“Biz münasibətlərin yenilənməsini gözləyirik və bunun gələn ilin əvvəlindən baş verəcəyini düşünürük. Assosiasiya Sazişi və Azad Ticarət Sazişi bizə müəyyən öhdəliklər qoyur. İiddialı məqsədimiz 2028-ci ilə qədər hər iki istiqamətdə bu öhdəliklərin 90%-dən çoxunu yerinə yetirməkdir. Nəticə etibarilə bu, 2030-cu ilə qədər Gürcüstanın bizim qarşımıza qoyduğumuz son məqsədə – ölkəmizin Avropa İttifaqına tam inteqrasiyasına çatacağının qarantı olacaq.
Bunun üçün ölkəni bütün sahələrdə, xüsusilə də iqtisadi artım baxımından inkişaf etdirmək vacibdir. Əgər iqtisadi göstəricilər uyğun olmazsa, heç kim ölkəni Avropa İttifaqına qəbul etməyəcək,” – deyə Kobaxidze bildirib.