20 oktyabr 2024
17

Rus ordusu bu ərazilərdə irəlilədi

 Rusiyanın hərbi qüvvələri şərqdə - Donetsk və Xarkov vilayətlərində irəliləyib.
Yenimeydan.info  xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat yayıb.
Bildirilib ki, xüsusən də ruslar Xarkov vilayətinin Kruqlyakovka rayonunda, həmçinin Donetsk vilayətinin Maksimilyanovka bölgəsində irəliləyib.
Bundan əlavə, rus qüvvələri Xarkov vilayətində Petropavlovka və Donetsk vilayətində Çasov Yar, Qornyak, Novoselidivka, Vozdvijenka, Jelannıy Vtoroy və Zorya yaxınlığında irəliləyib.
Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.