15 oktyabr 2024
21

Dövlət qurumu 5 milyonluq tenderə - YEKUN VURDU - YEKUN VURDU

Dövlət qurumu 5 milyonluq tenderə - YEKUN VURDU
“Azərişıq” ASC “Bakı şəhəri, H.Əliyev Mərkəzinin yaxınlığı, Olimpiya stadionunun dayanacağında və Ağ Şəhər ərazisində quraşdırılacaq elektrik doldurma məntəqələrinin elektrik təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.Media xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” MMC olub.

Qalib şirkətlə 5 168 832 manat məbləğində müqavilə imzalanıb.