20 avqust 2024
86
`BATİL OLAN` ZAHİD ORUCUMUZ... - Deputat istehsal edirlər?
Ölkəmizdə aparılan struktur islahatlar dalğasında böyük hay-küylə yaradılan qurumlardan biri sonradan iki yerə ayrıldı, birinə də Fəzail Ağamalıdan üz döndərən Zahid Oruc rəhbər təyin edildi. Sosial Tədqiqatlar Mərkəzi (STM) adlanan həmin qurum Zahid Orucun rəhbərliyi ilə son illərdə dorğudanmı, yoxsa sadəcə imitasiyadanmı fəaliyyət göstərdiyini müşahidə edirik. Ən azından dövlət qurumu olan STM-nin əməkdaşları media orqanlarında özfəaliyyətin bütün formalarında boy göstərirlər. Ən gülməlisi də odur ki, iqtidara yaxın media orqanının studiyasında STM-nin əməkdaşından biri aparıcı, digər də qonaq olur.
Ancaq STM-də ciddi dəyişikliyin baş verəcəyini söyləmək olar. Ona görə ki, Zahid Oruc deputat olmaq üçün namizədliyini verib. Amma onun müavini, Göygölün kemiş deputatı Elşad Mirbəşiroğlu YAP-dan namizəd kimi irəli sürülməyib. Ehtimal olunur ki, Zahid Orucun Milli Məclisə qayıtması mümkün olsa, Elşad Mirbəşiroğlu STM-in İdarə Heyətinin sədri olacaq. Qayıtsa, nə olacağını ehtimal etmək çətindir...
Bizi maraqlandıran isə Sosial Tədqiqatlar Mərkəzinin “siyasi partiya” kimi seçkiyə qatılması ilə bağlı məsələdir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin digər bir əməkdaşı Əziz Əlibəyli (Əliyev) də 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürüb. Bu nədir belə? Sosial Tədqiqatlar Mərkəzi deputat “istehsal edir”? AzToday.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin əksər əməkdaşları (Sahib Məmmədovdan başqa) “bos”ları Zahid Oruc üçün səfərbər olublar, digərləri namizəd kimi ortaya çıxıblar?
Bu biabırçılığın adı nədir? Təsəvvür edin, ölkədə ən böyük sosial, siyasi və ictimai hadisə baş verdiyi bir dövrdə Sosial Tədqiqatlar Mərkəzi kimi dövlətin strateji qurumunun əməkdaşları sosial rəy sorğuları, tədqiqatlar aparmaq əvəzinə düşüblər Zahid Orucun dalına təşviqatla məşğul olurlar. Bu, bir növ ölkə qanunlarını ayaq altına atmaq deyilmi? Yəqin ki, Mərkəzi Seçki Komissiyası başda olmaqla, əlaqədar dövlət qurumları, xüsusən də Prezident Administraiyasının müvafiq şöbələri bu məsələyə reaksiya verəcək. Ən azından hüquqşünaslar bu qanun pozuntusunu qiymətləndirəcəklər.
AzToday.az