15 may 2024
37

812-ci gün: Rusiyanın itkiləri yeniləndi

     Ukrayna müharibənin 812-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenimeydan.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 486 940 hərbçi, 7 510 ədəd tank, 14 508 ədəd zirehli döyüş maşını, 12 538 ədəd artilleriya sistemi, 1 070 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 798 hava hücumundan müdafiə sistemi, 351 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 955 ədəd avtomobil texnikası, 10015 ədəd PUA, 2 199 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 061 xüsusi avadanlıq itirib.