06 may 2024
19

ABŞ Tiflisi müharibəyə sürükləyir? - Obrayanın cavabı

  Tiflisi müharibəyə sürükləyən Moskvadır.
Yenimeydan.info xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayan Gürcü Arzusu Partiyası rəhbərliyinin Tiflisi Vaşinqton və Kiyevin müharibəyə sürüklədiyi haqda ittihamına cavabında deyib.
“Gürcüstanı Ukrayna kampaniyasına cəlb edən Rusiyadır ki, işğal etdiyi Gürcüstan ərazisində nəhəng hərbi limanın tikintisinə başlayır, Gürcüstan vətəndaşlarının oğurlanması və bəzi hallarda qətli davam edir”, – o bildirib.
O qeyd edib ki, Moskva Gürcüstandan hərbi malları keçirməyə cəhd edib:
"Gürcüstan hökuməti bunu öz imkanları daxilində ən yaxşı şəkildə dayandırmağa çalışmaqla çox müdrik qərar verdi və onlar olduqca yaxşı iş gördülər".