24 mart 2024
26

“Krokus Siti Holl”da 100 nəfərin həyatını xilas edən 15 yaşlı İslam (VİDEO)

       “Başqalarının ölməsinə icazə verməkdənsə, döyüşdə ölmək yaxşıdır”.

Bu sözləri “Krokus Siti Holl”da törədilən terror aktı zamanı 100 çox insanın həyatını xilas edən 15 yaşlı məktəbli İslam X. bildirib.

Səkkizinci sinif şagirdi olan 15 yaşlı oğlan “Piknik” rok qrupunun konserti zamanı qarderobda part-time işləyib.

Onun sözlərinə görə, fövqəladə hallar zamanı bütün inzibatçılara göstərişlər verilib və o, göstərişlərə ciddi əməl edib. Hücum və ondan sonrakı yanğın zamanı İslam insanlara köməklik göstərib.

Belə ki, kütlənin tualetə doğru çıxılmaz vəziyyətə düşdüyünü görən yeniyetmə hər şeyi öz əlinə alıb və evakuasiyaya rəhbərlik etməyə başlayıb. O, insanları dar keçiddən “Expo “ərazisinə, daha sonra inzibati binadan keçərək küçəyə çıxara bilib.