22 fevral 2024
79
Bakıda bələdiyyə sədri həbs olundu
![bakida-belediyye-sedri-hebs-olundu bakida-belediyye-sedri-hebs-olundu](https://qafqazinfo.az/uploads/1708517049/sedr.jpg)
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
![](/templates/yenimeydan/images/728rkl.jpg)
Oxşar Xəbərlər:
![“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..](https://mediatv.az/uploads/posts/2024-01/1704875775_images.jpg)
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
![Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ](https://mediatv.az/uploads/posts/2023-09/1694493516_1-1.jpg)
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ
![Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib - TƏFƏRRÜAT](https://dia.az/uploads/posts/2023-08/thumbs/1693294507_0001.jpg)
Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib - TƏFƏRRÜAT
![İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı](https://mediatv.az/uploads/posts/2023-07/1689621676_ehed_abiyev1689620157.jpg)
İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı
![Prezident əfv sərəncamı imzaladı – SİYAHI](/uploads/posts/2023-05/1683528071_1683528005813.png)
Prezident əfv sərəncamı imzaladı – SİYAHI