15 yanvar 2024
54

Məktəblərdə beşgünlük tətil başlayır

 

Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır.
Yenimeydan.info xəbər verir ki, 2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edir.
Bu səbəbdən də ümumtəhsil məktəblərində yanvarın 27-si, 28-i, 29-u, 30-u və 31-i qış tətilidir.