11 yanvar 2024
136

Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR..

Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR..

 



Şəmkir Rayon İcra Hakimiyyəti yol təmiri adı altında tender elan edib. Lakin hələlik işlər tam icra olunmayıb. Ötən il 3 ay ərzində 2 milyondan çox tender elan edərək, yolların təmirinə maliyyə ayırıblar. Amma sözügedən yollarda hələlik tam iş görülməyib.

Ən sonuncu tender müqaviləsi isə "AGAH GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şəmkir şəhəri, Həsən Əliyev küçəsində abadlıq işlərinin satın alınmasına görədir. Bu səbəbdən "AGAH GROUP” MMC ilə 82.701,59 AZN-lik müqavilə imzalanıb. Bildirək ki, "AGAH GROUP" MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Cavid Nəzərovdur.

Ötən il nəqliyyat vasitələrinin cari təmiri işlərinin və bununla bağlı tələb olunan malların satın alınması ilə bağlı "EKO AVTO" MMC ilə 10.671,92 AZN-lik müqavilə bağlanıb. Maraqlı budur ki, icra hakimiyyətinin ən çox tenderi "AGAH GROUP" MMC ilədir. Şirkətlə icra orqanı arasında sentyabr ayında “Şəmkir şəhəri üzrə küçələrin cari təmiri” ilə bağlı 482 min 478 manat 8 qəpiklik müqavilə imzalanıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR...

“KRB PROJECTS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə isə Şəmkir rayonunda avtomobil yollarının əsaslı təmirinə görə 1 milyon 267 min 325 manat 64 qəpik dəyərində müqaviləyə imza atılıb.

Son 2 ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin pulları göylərdədir. Belə ki, 2022-2023-cü illərdə icra orqanı şirkətlərə 3 miyon 420 min manat dəyərində pul köçürüb. "AGAH GROUP” MMC ilə 3 müqavilə imzalanıb. Bu anlaşmalara görə köçürülən pulun dəyəri 1 milyon manatdır. Sözügedən şirkətə icra hakimiyyəti tərəfindən “İstilik sisteminin əsaslı təmiri”nə görə 219.244 AZN, Şəmkir şəhəri üzrə küçələrin cari təmirinə görə 876.784,73 AZN köçürülüb. 2022-ci ilin dekabrında isə Şəmkir şəhəri üzrə yaşayış evlərinin cari təmirinə görə “İNŞAAT TƏMİR-TİKİNTİ İSTEHSALAT BİRLİYİ (TTİB)" MMC ilə 329.689,07 AZN-lik müqavilə imzalanıb.

Yazıda ünvan göstərilən yerlərin və alınan avadanlıqların yoxlanılması aidiyyəti orqanın üzərinə düşür. Verilən məlumatlara görə, işlərin bir qismi görülüb, digər işlər isə sual altındadır. Hətta görülməyən işlər də var ki, ona da tender elan edib maliyyə götürülüb.

Bu icra başçısının nəzarətində olan müəssisənin borcu da üzə çıxdı. Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub. Bildirilir ki, müəssisənin hazırda dövlətə 160 min manatdan çox (163387.26 AZN) vergi borcu mövcuddur. "Şəmkir şəhər Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb. Qeyd edək ki, Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin birbaşa nəzarətindədir" - məlumatda qeyd olunub.

Rəşad Tağıyev Şəmkir İcra Hakimiyyətinə təyin olunandan sonra, sabiq icra başçısı, həbsdə olan Alimpaşa Məmmədovun öz maraqlarına uyğun idarəçiliyi hələlik qüvvədədir.

"Hürriyyət"