03 yanvar 2024
63

Universitetə 14 min manatlıq jurnal alınır


Universitetə 14 min manatlıq jurnal alınır

Gəncə Dövlət Universiteti Jurnalların satınalınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, tenderin qalibi "OKIYAN-G.B.I" MMC olub.

Tərəflər arasında 14.240 AZN-lik müqavilə bağlanması gözlənilir.

Tenderə əsasən ali təhsil ocağına Dərs jurnalı, Pedaqoji təcrübə jurnalı alınmalıdır.

Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı 2 AZN-dir, qanuni təmsilçisi ETİBAR SƏFTƏROV FƏXRƏDDİN OĞLUdur.

Xatırladaq ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovdur.