03 yanvar 2024
55

Baş prokuror intihar edən vəkilin işini NƏZARƏTƏ GÖTÜRDÜ

Baş prokuror intihar edən vəkilin işini
Vəkillər Kollegiyasının qarşısında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun cinayət işi üzrə istintaq Baş Prokurorluqda aparılacaq.

Bu barədə Lent.az-a mərhumun vəkili Cavid Cəfərov məlumat verib.

O bildirib ki, işin araşdırılması Nərimanov rayon Prokurluğundan alınaraq, Baş Prokurorluğa tapşırılıb. Həmçinin Baş prokuror Kamran Əliyev işin istintaqını şəxsən nəzarətə götürüb