03 yanvar 2024
51

Atası Zaurun intihar səbəbini açıqladı - Video

 Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.
Yenimeydan.info xəbər verir ki, o, oğlunun müstəntiqə verdiyi pulu geri ala bilməməsi səbəbinbdən intihar etdiyini təsdiqləyib.
“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.
Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:
“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.
Ətraflı videonu təqdim edirik: