16 oktyabr 2023
153
Çərşənbə axşamı hava küləkli və yağışlı olacaq

Oktyabrın 17-də Bakıda və Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz güclü şimal-qərb küləyi gözlənilir. Havanın temperaturu gecə müsbət 13 + 16, gündüz müsbət 16+19 dərəcə olacaq.
Dağlıq rayonlarda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacaq.




