04 oktyabr 2023
477
İcra başçısının keçmiş vəzifəsi kimə tapşırılıb? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, avqustun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Quba rayon İcra Hakimiyyətinin icra başçısı təyin edilib.
Yenimeydan.info-nun Qaynarinfo-ya istinadən məlumatına görə, sözügedən təyinatadək İlqar Mahmudov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.
İlqar Mahmudov icra başçısı təyin edildikdən sonra onun vəzifəsi nazir Emin Əmrullayevin müvafiq əmri ilə İsmayılov Kamran Əlixan oğluna tapşırılıb. O, həm də Daxili nəzarət şöbəsinin müdir müavinidir.
Xatırladaq ki, Kamran İsmayılov nazirliyə təyinat almamışdan əvvəl Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Oxşar Xəbərlər:

Bakı Baş Təhsil İdarəsinin rəhbərliyi uşaq bağçalarına bağ qonşularını direktor təyin edir...

AAK sədri gəncləri Prezidentə qarşı qoyur

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

Elmar Qasımov nazir ola bilməsi üçün QOLLARINI ÇIRMAYIB...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI