12 sentyabr 2023
543

Elm və Təhsil Nazirli 10 manatlıq şirkəti 1.3 milyon AZN-lik tenderdə qalib etdi

Elm və Təhsil Nazirli 10 manatlıq şirkəti
Elm və Təhsil Nazirliyinin "Regionlarda bir sıra təhsil müəsissələrində cari təmir işlərinin satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Yenimeydan.info-nun 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "ŞƏMS-95" FİRMASI olub. Tərəflər arasında 1.358.782,14 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Şəms-95" Firmasının qanuni təmsilçisi QASIM QASIMOV MƏMMƏD OĞLUdur.