14 avqust 2023
163

UKRAYNANIN ERMƏNİSTANDAKI MÜVƏQQƏTİ İŞLƏR NAZİRİ GÖYÇƏ GÖLÜNDƏ BOĞULDU

  Geqarkunik Regional Xilasetmə İdarəsinin Böhran İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Göyçə (Sevan) gölünün 2-ci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 m aralıda çimərkən itkin düşən vətəndaşı görüblər.                      Yenimeydan.info  Hraparak nəşrinə istinadən xəbər verir ki, Xilasedicilər həmin əraziyə üzərək vətəndaşı təxminən 1,5 m dərinlikdən çıxararaq rezin motorlu qayıqla sahilə çıxarıblar.
Təcili yardım əməkdaşları vətəndaşın ölümünü qeydə alıblar.
Sevanda boğulan vətəndaş Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenkodur.