14 avqust 2023
146
ERMƏNİ İFAÇI HAVALANIB: “BAKI ERMƏNİSTANINDIR”

Dünya şöhrətli rok musiqiçisi Serj Tankian sosial şəbəkəsindəki səhifəsində Qarabağın müstəqillik hüququ məsələsinə toxunaraq, heç vaxt Azərbaycanın tərkib hissəsi olmadığını yazıb.
Yenimeydan.info Armenpress-ə istinadən xəbər verir ki, Tankian Azərbaycanı faşist adlandıraraq iddia edib ki, “Paytaxtınız Bakı tarixi Ermənistandır. Azərbaycan 1918-ci ilə qədər hətta ölkə olmayıb və 1992-ci ilin yanvarına qədər də tanınmamış dövlət olub. Qarabağ 1991-ci ildə SSRİ-dən müstəqilliyini elan edib. Beləliklə, Qarabağ heç vaxt qanuni olaraq Azərbaycanın bir hissəsi olmayıb”.



