09 avqust 2023
152

Bu universitetə yeni prorektor təyin olundu (FOTO)

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Raqif Tofiq oğlu Hüseynov Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Tribunainfo.az xəbər verir ki, yeni prorektor artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, R.Hüseynov 2022-ci ilin avqustundan Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsində işləyib. Ona qədər isə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı, Xəzər Təhsil Mərkəzində direktor, ADAU və ATU-da assistent, Tomori Pal Universitetində (Macarıstan) müəllim vəzifələrində çalışıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsi məzunu olan Raqif Hüseynov 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Sent İstvan Univeristetində (Macarıstan) doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.