07 avqust 2023
170
ƏLİYEV HAQLI İDİ – BAĞDASARYAN KEÇMİŞ HAKİMİYYƏTİ GÜNAHLANDIRIR
Məşhur rusiyalı bloger Roman Baqdasaryan öz Facebook səhifəsində dərc etdiyi videoda Ermənistanın keçmiş və indiki məmurlarının 30 il ərzində korrupsiya və talanlarından danışıb. Yenimeydan.info Hraparak nəşrinə istinadən xəbər verir ki, “İlham Əliyev haqlı idi”, – deyə o, xüsusilə Azərbaycan rəhbərinin azərbaycanlılar şəhər salıb, ermənilər isə villalar tikdirən sözlərini xatırladıb.
“Bizim məmurlarımız, əsgərlərimiz birinci Qarabağ müharibəsindən sonra özlərini əbədi qaliblər kimi təsəvvür edirdilər”.
“Əliyev şəhərlər tikərkən, Arayik Arutyunyan Stavropol diyarında ev və mehmanxana tikir, Dubay və Parisdə mənzillər alırdı.
Əliyev şəhərlər salarkən Artur Ağabekyan fond açıb, pulu oğurlayıb, qızlara və banketlərə xərcləyib.
Əliyev şəhərlər salarkən Robert Köçəryan Yunanıstanda özünə ada, oğlu Levon üçün otel, yüzlərlə obyekt alırdı. Əliyev şəhərlər tikərkən, Ara Abramyan pul toplayır və Qarabağa öz saraylarını tikmək üçün göndərirdi”, – deyə ER keçmiş hakimiyyətini tez-tez kəskin tənqid edib.
Oxşar Xəbərlər:

Köçəryan və ailə üzvlərinin bütün əmlakına həbs qoyuldu
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat