07 avqust 2023
186
Şübhəli tender: Ətir satan şirkət bu universiteti təmir edəcək
Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, smetası 68.674 manat olan satınalmada "Lider-Line" (VÖEN: 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
"Lider-Line" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.
"Lider-Line" MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, ev 11-ci bağ küçəsi, mənzil 28-A ünvanı, qanuni təmsilçisi isə Əsgərov Namizəd Şahmar oğludur.
"Lider-Line" MMC-nin fəaliyyət profili, inşaat sahəsində çalışmaq üçün müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq internet resurslarında məlumat yoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Lider-Line" MMC Mingəçevir şəhərində ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.
İddialara görə "Lider-Line" MMC-nin Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan olunmasına səbəb şirkət rəhbərliyi ilə universitet rəhbərliyinin arasında olan şəxsi münasibətlərdir.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Universitetindən mövqe öyrənib. Universitetin satınalmalar komissiyasının üzrə nümayəndəsi, baş mühasib Şahin Muradovun cavab məktubunda deyilir:
"Mingəçevir Dövlət Universitetində həyata keçirilən dövlət satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə müvafiq prosedurlar çərçivəsində həyata keçirilir. Satınalmalarda iştirak edən heç bir iddiaçı ilə universitet rəhbərliyinin şəxsi münasibəti yoxdur".
Şahin Bayramov, Mingəçevir Dövlət Universitetinin rektoru
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur.
O, 2019-cu ilin iyul ayının 31-dən Mingəçevir Dövlət Universitetinə rəhbərlik edir.
Oxşar Xəbərlər:
Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu?
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Holdinqlər kralı”na məxsus daha 11 şirkət ləğv olunur (SİYAHI)