28 iyul 2023
552
“Ricon” MMC Goranboyda üç binanı 3,2 milyon manata tikəcək
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti iri məbləğli tenderin nəticələrini elan edib. Yenimeydan.info xəbər verir ki, qalib “Ricon” MMC (VÖEN: 1900014631) olub.
Qalib şirkətə tikinti işləri üçün 3 268 721 manat ödəniləcək.
Tenderdə Goranboy şəhəri, C.Cabbarlı küçəsində 16 mənzilli, M.Məhərrəmov küçəsində 20 mənzilli və Goranboy rayonu Dəliməmmədli şəhəri, T.Əkbərov küçəsində 16 mənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Oxşar Xəbərlər:

