21 iyul 2023
201
Milli Mətbuatın kökünə vurulan BALTA... - Bundan sonra bu ağac bəhər verərmi?..
Bir ütülü mətbuat yaranıb. Hər yerdən onlar çıxır. Bolluca şəkil çəkdirir, MEDİA-nın baş matrosuna təşəkkür edirlər. Bununla da işləri bitir. Yəni mətbu fəaliyyətləri... YENİ MEDİA dedikləri bu olmalıdır, deyəsən..
Başqa nələri iləsə fərqlənmirlər. Hə, "yazı" yazırlar.. Niyə də yox? Hətta bu cızma-qaralarına görə mükafat da alırlar. Bu da olur YENİ MEDİA...
KİV... MƏTBUAT kimi artıq arxaik hesab etdikləri sözlərdən istifadə etmirlər... Özlərinə MEDİA SUBYEKTİ deyirlər... Subyekt olub Əhməd İsmayılovun ŞƏXSİ OBYEKTİ kimi görünən Med İA-nın da başına fırlanırlar. Çünki bunu onlardan tələb edirlər. Yoxsa DÖVLƏT QAYĞISINDAN məhrum olarlar... Çünki bunu məhz Əhməd İsmayılov müəyyən edir. Əhməd müəllim kimi təqdim etsə, dövlətimiz də ona qayğı göstərir. Əhməd müəllim isə daha çox dənizçidir. Çünki verdiyi qərarlardan illərdir insan üzü görməyən bir ada mahiyyəti var. Ömrü boyu qəzet üzü açmayan birisinin bu gün qəzet törəmələrinə YÖN VERMƏSİ, daha dəqiqi, doğru-dürüst yol göstərməsi imkansızdır.
Mənim Əhməd İsmayılovun şəxsinə heç bir iradım yoxdur, ola da bilməz. Əvvəl gəmisini sürəndə ona deyirdimmi ki burda sürmə, get o yanda sür. Nəyimə lazım idi ki.. Sahəm deyildi axı..
Mətbuat da Əhməd müəllimin, onun timsalında KİV-ləri idarə edirmiş kimilərin sahəsi deyil. Rus demişkən, "oseçka"ları ortadadır. Belə də olmalıdır. Çünki çap maşından yeni çıxmış qəzeti, ya da qəzet səhifəsindəki yazısını tezdən-tezdən sinəsinə çəkməmiş birisi nə MƏTBUATIN ADAMI ola bilər, nə də özləri demiş, MEDİA SUBYEKTLƏRİNİN PEYKİ...
Bu səbəbdəndir ki, bəzi başsız qalmış, Əhməd İsmayılovla dövlət arasındakı sərhədi müəyyən edə bilməyənlərimiz də məcbur qalıb MEDİA-nın peykinə çevrilmiş kimidirlər...
***
Sabah Azərbaycanda Milli Mətbuat Günü qeyd olunacaq. Bu yazımı maləsəf, təbrik əvəzi yazdım. Daha xoş əhvalda yaza bilərdim... Nə edim, yalan danışa bilmədim.. Necə ki yalandan gülə bilmirəm. Yoxsa nə çətin iş idi ki, Əhmədin yanından boylanıb diş ağartmaq...
Hörmətlə, Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru
Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat