20 iyul 2023
201
İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR?
"“İnvest Construction MMC” adlı tikinti şirkəti Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binanı sökür. Allah xeyir versin, köhnə binalar yeniləri əvəzlənməlidir".Yenimeydan.info bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Niyaz Niftiyev çıxış edib.
Jurnalist amma bu işin problemli tərəfini qabardıb: "Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmir. Şirkət buna məhəl qoymur və insanlar yaşadıqları halda binanı sökür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, “İnvest Construction MMC”-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib.
Belə olan halda bu insanların narazı qalmasına dövlətin hüquq sistemi niyə biganə yanaşır.
Eyni proses Binəqədidə 5 il əvvəl yataqxananı söküb sakinləri aldadan şirkətlə də baş verib. Adamlar evlərini ala bilmir, baxmayaraq ki, bina hazırdı, vurhay satırlar, əsl sahiblərinə - sokdukləri yataqxanadan çıxarılanlara deyiblər ki, gedin hara istəyirsiniz şikayət edin. Pulunuzu yalnız hissə-hissə verə bilərik.
"Gedin hara istəyirsiniz şikayət edin" ifadəsi yaxşı səslənmir. Bu hərc-mərcliyin göstəricisi, daxili idarəçilikdə sistem xətasıdır. Bu vərdişə çevrilsə vəziyyətimiz heç də yaxşı olmayacaq".
Məsələ diqqətimizdədir, dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Oxşar Xəbərlər:

Ali Attestasiya Komissiyasında diplom alveri-ÖZƏL
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?

“SC CONSTRUCTİON” MMC-nin sahibi sahibkarları necə aldadıb:

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər aşkarlandı – TƏFƏRRÜAT