17 iyul 2023
256

Dövlət Turizm Agentliyinin 2,5 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU

Dövlət Turizm Agentliyinin 2,5 milyon manatlıq tenderinin qalibi
Dövlət Turizm Agentliyi “2023-cü ildə turizm sahəsində təbliğat xarakterli materialların, eləcə də turizm məhsullarının hazırlanması xidmətlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Adzone-S" MMC olub.
Qalib şirkətə 2 542 463 manat ödəniləcək.
"Adzone-S" MMC daha öncə də agentliyin 194 795 manat dəyərindəki "2023-cü ilin 22-24 may tarixlərində Səudiyyə Ərəbistanının Ər- Riyad şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması" tenderinin qalibi olub (02.05.2023).